25 fevral 2016 15:00

Ramin Musayev: Neftçi və XL azarkeşlərinə mən cavabdeh ola bilmərəm

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin azerisport.az saytına müsahibəsi

- Mart ayında AFFA prezidentliyinə seçki keçiriləcək. Əksəriyyət bu postda dəyişiklik etməyə ehtiyac olmadığını, Rövnəq Abdullayevi postunda saxlamağı məqsədəuyğun hesab edir. Bəs siz?
- Nəsə dəyişiklik etmək üçün bir səbəb olmalıdır. Mən də buna bir səbəb görmürəm. Siz özünüz də Abdullayevin AFFA-ya rəhbərlik etməyə başlayandan futbolumuzun necə dəyişdiyini görürsünüz. Futbolumuzun reytinqi xeyli yaxşılaşıb. Klublarımız Avropa Liqasının qrup mərhələsində çıxış etməyə başlayıb. Bu mövsüm iki klubumuz birdən qrup mərhələsinə vəsiqə qazandı. Abdullayev futbolu sevir. Tez-tez oyunları izləmək üçün stadiona da gəlir, gənc azarkeşlər kimi həyəcan keçirir. Mənə elə gəlir ki, o, bu posta yeganə namizəddir.

- AFFA İcraiyyə Komitəsinin də yeni tərkibi müəyyənləşəcək, yeni üzvlər peyda olacaq. Hətta "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun da İK-ya üzv seçilməsi məsələsi gündəmə gəlib...
- Bu barədə dəqiq heç nə deyə bilmərəm. Çünki klublar bizə öz namizədlərini göndərməyiblər. Qurban Qurbanovu da bu gün eşitdim. Şəxsən mən onun namizədliyinin lehinəyəm. Yaxşı futbolçu olub, yaxşı məşqçidir. Deməli, futbolu yaxşı bilir. Mən onun İK-da olmasının tərəfdarıyam.

- Mart ayında kubokun 1/4 final mərhələsinin oyunları keçiriləcək. Bu mərhələdə "Neftçi" və "Xəzər Lənkəran" da qarşılaşacaq. Sizə elə gəlmir ki, bu klublar arasındakı oyunlara qonaq komandanın azarkeşləri buraxılmayandan bəri "Böyük oyun"lar əvvəlki əzəmətini itirib?
- Razı deyiləm. "Neftçi" və "Xəzər Lənkəran" arasındakı oyunlar Azərbaycan futbolunda bir brenddir. Hətta komandaların hansı vəziyyətdə olmasından asılı olmayaraq, bu, belədir.

- Bəs bu qadağanı nə vaxt götürmək fikriniz var?
- Təəssüf ki, hələ bu klublardan heç biri bizə belə bir müraciət ünvanlamayıb və heç bir xoşagəlməz hadisənin baş verməyəcəyinə dair zəmanət verməyib. İndiki halda belə bir məsuliyyəti öz üzərimə götürsəm, xoşagəlməz hadisələr təkrarlansa, günahkar mən olacağam. Amma mən hansısa klubun azarkeşlərinə görə cavabdeh ola bilmərəm. Bununla klub rəhbərlikləri özləri məşğul olmalıdır. Yəni bu qadağanın götürülməsi birbaşa həmin klubların özlərindən asılıdır. Onlar belə bir təşəbbüslə çıxış etsələr, qadağa aradan qaldırıla bilər.

- "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionundan nəinki qonaq komandalar, hətta bu klubun öz azarkeşləri də narazıdır. Belə bir arena necə çempionata buraxılıb?
- Stadion qəzalı vəziyyətdə deyil. Klubdan məktub da almışıq ki, orada azarkeşlər üçün heç bir təhlükə yoxdur. Stadionun vəziyyətini də yoxlamışıq. Sadəcə, onunla razıyam ki, qazon ideal səviyyədə deyil.

- "Rəvan" indi düşdüyü çətin vəziyyətə görə daha çox PFL və AFFA-nı günahlandırır...
- (gülür) Hərdən belə də olur. Yaxınlarda oxudum ki, bu komandanın futbolçuları maaşlarının bir hissəsini alıblar. Onlarda hər şey yaxşı olacaq. Qoy klublar elə düşünməsin ki, pul bizim başımızdan aşır. Beynəlxalq böhran bütün ölkəni bürüyüb. Hələ digər ölkələrlə müqayisədə bizdə vəziyyət bir qədər yaxşıdır.

- Klublar maliyyə problemi ilə üzləşəndən, maaşlar azalandan sonra hamı yerli futbolçuların bundan sonra xaricə daha çox üz tutacağını düşünməyə başlamışdı. Amma sizə elə gəlmir ki, onlar elə indi aldıqları pulla da barışıblar və ciddi dəyişikliyə ehtiyac duymurlar?
- Azərbaycan futbolunda pul nə qədər az olsa, inkişaf bir o qədər yaxşı olacaq. Əvvəllər yerli futbolçular ilinə 500-600 min alırdı. Minimum gəlirləri 200 min təşkil edirdi. Amma indi görün nə qədər gənc futbolçu peyda olub. Sadəcə, ona təəssüflənirəm ki, klublarda hələ də uşaq futboluna lazım olan səviyyədə diqqət və qayğı göstərilmir. Bu, Premyer Liqanın 7-8 klubuna aiddir.

- Cari mövsümün debütantı "Zirə" hər kəsi təəccübləndirməkdə davam edir. Bu, Premyer Liqamızın zəifləməsindən irəli gəlir?
- Çempionatımızın debütantı olan bir komandanın ilk mövsümündəcə belə uğurlu çıxış etməsini xatırlamıram. Bu komandaya yerli məşqçilərin rəhbərlik etməsi də sevindiricidir. Azərbaycanda futbol var və inkişaf edir.

- Amma ciddi problemlər də var. "Rəvan" və "Bakı" ciddi sanksiyalarla üzləşib. "Neftçi" belə bir sanksiyadan qaça bildi. "Xəzər Lənkəran"la "İnter"in taleyi isə hələ də dəqiq bilinmir...
- Sadəcə, klublar diqqətli olmalıdırlar. Niyə bütün klublarda belə problem yoxdur? deməli, öz işinə məsuliyyətlə yanaşanda, düzgün çalışanda belə problemlər yaranmır. Bu yaxınlarda "İnter" rəhbərliyi ilə danışdım və məni inandırdılar ki, problem yoluna qoyulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.