25 fevral 2016 14:40
Ramin Musayev: Final bu arenada keçirilsə, ən azı 50 faizi dolu olmalıdır
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinin mümkünlüyündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz ölkə kubokunun final matçının bu gözəl arenada keçirilməsini istəyirik. Belə bir planımız var. Amma oyun orada keçirilsə, gərək stadionun ən azı 50 faizi dolsun. Bunun üçün də hələ finala hansı klubların çıxacağına baxmaq lazımdır".
