25 fevral 2016 14:20
Qəbələnin Dodo həsrəti bitmək bilmir
"Qəbələ"nin yarımmüdafiəçisi Dodonun sıraya dönməsi yubanır. Azerisport.az xəbər verir ki, buna səbəb heç də zədə ilə bağlı problem deyil.
Düzdür, o, məhz zədə aldığı üçün vətəni Braziliyaya yollanmışdı. Amma zədəsini sağaldan yarımmüdafiəçinin fevralın 21-də komandanın düşərgəsinə qayıtmalı idi. Lakin əldə etdiyimiz yeni məlumata görə, Dodo Azərbaycana qayıtmaqda yubanır və onun ayın 28-dən tez gəlməsi gözlənilmir.
