25 fevral 2016 14:00
Xəzər Lənkəran İspaniya klubundan rəsmi təklif gözləyir
"Xəzər Lənkəran"ın gənc yarımmüdafiəçisi Elnur Cəfərov İspaniyanın "Real Ovyedo" klubuna keçməyə çox yaxındır. Azerisport.az saytına cənub klubundan verilən məlumata görə, futbolçu sözügedən komandada baxışdan uğurla keçib və məşqçilər korpusu onunla müqavilə bağlanmasına qərar veriblər.
Hazırda Cəfərov Azərbaycandadır. O, "Real Ovyedo"ya keçmək üçün lazım olan sənədləri hazırlayır. Baxmayaraq ki, "Xəzər Lənkəran"a İspaniya klubundan rəsmi təklif gəlməyib.
Qeyd edək ki, cənublular Cəfərovu transferə çıxarıblar və onu almaq istəyən klub 30 min dollar ödəməlidir.
