25 fevral 2016 13:20
PFL Azərbaycan Kubokunun final matçına stadion axtarır
Peşəkar Futbol Liqası Azərbaycan Kubokunun final matçının hansı arenada keçiriləcəyinə hələ də qərar verməyib. Azerisport.az xəbər verir ki, böyük ehtimalla bu mövsüm kubokun finalçıları Bakı Olimpiya stadionunda üz-üzə gələcəklər.
Amma bu barədə yekun qərar verilməyib. Kubokun final matçı mayın 25-də baş tutacaq.
