25 fevral 2016 17:00
Qarabağ Qurban Qurbanovun İcraiyyə Komitəsinə namizədliyini irəli sürdü
Mart ayının 11-də AFFA-nın İcraiyyə Komitəsinə növbəti seçkilər həyata keçiriləcək. Azerisport.az xəbər verir ki, "Qarabağ" FK da artıq öz namizədini müəyyənləşdirib.
Ağdam klubu tərəfindən Azərbaycan futboluna həm futbolçu, həm də baş məşqçi kimi çox böyük tövhələr vermiş və daha da böyük uğurlar qazanacağına böyük inam olan, ölkə futbolu üçün səmərəli olacağını düşünərək klubun baş məşqçisi Qurban Qurbanovun İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb. (klub saytı)
