25 fevral 2016 15:20
Rusiya - Azərbaycan matçının başlanma vaxtı bilindi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində martın 24-də, Rostov şəhərindəki Olimp-2 stadionunda keçiriləcək Rusiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
Azerisport.az xəbər verir ki, qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq. (AFFA)
