25 fevral 2016 12:00
Vaqif Cavadov Sumqayıta kömək edə biləcək
"Sumqayıt" Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, ötən tur meydana çıxmayan Vaqif Cavadov artıq sağalıb və qarşıdakı görüşdə iştirak edə biləcək.
Vurğun Hüseynovla Amil Yunanov da xəstəlikdən əziyyət çəkir. Amma onların hərarəti olsa da, məşqə çıxa bilirlər. Hüseynovla Yunanovun da meydana çıxmasında problem olmayacaq.
Qeyd edək ki, bu oyun fevralın 27-də Gəncə şəhər stadionunda keçiriləcək və saat 14:00-da start götürəcək.
