25 fevral 2016 11:20
İtaliyalı məşqçi Neftçiyə qayıtdı
"Neftçi" sabiq məşqçisi Covanni Melkiorreni yenidən sıralarına qaytarıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra da komandanın fiziki hazırlığı ilə məşğul olacaq. Hansı ki, Əsgər Abdullayev baş məşqçi postuna gələndən bəri sözügedən post boş idi.
Qeyd edək ki, Melkiorre "Neftçi"nin düşərgəsinə ötən gün qoşulub. Tezliklə tərəflər arasında müqavilə imzalanacaq.
Xatırladaq ki, Melkiorre bir neçə il öncə "Neftçi"də çalışmışdı. Onun son iş yeri isə "Xəzər Lənkəran" olub.
