25 fevral 2016 00:35

Ansi Aqolli: İnter indi daha təhlükəli komanda olub

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "İnter"lə oyundan nə gözləyirsiniz?
- Bu komanda həmişə güclü olub. Amma mənə elə gəlir ki, onlar bu mövsüm daha təhlükəli olublar. Bizi çox ağır oyun gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq ki, nəticə bizim xeyrimizə olsun.

- "Neftçi" üzərində qələbə qazandığınız son oyunla bağlı hansı təəssüratlarınız qalıb?
- Asan oyun olmadı. Çünki "Neftçi"nin heyətində gənc futbolçular çoxdur. Onlar böyük istəklə mübarizə aparırdılar. İntensiv oyun idi. Biz çox yaxşı futbol sərgilədik. Eyni zamanda rəqibə öz oyununu sərgiləməyə imkan verməməyə çalışdıq. Nəticədə, qollar vurduq, qalib gəldik. Artıq qarşıdakı oyunu düşünməliyik.

- "Qarabağ"la "Neftçi" arasındakı oyunlar prinsipiallığı ilə seçilsə də, bu dəfəki görüşünüz elə də yüksək səviyyədə keçmədi...
- İstənilən oyun hər bir komanda üçün üç xallıq əhəmiyyət daşıyır. Hətta belə prinsipial oyunlar da. Bizim üçün vacib olan qələbə qazanmaq idi. Bunun üçün də əlimizdən gələni etdik, istəyimizə çatdıq. Amma oyun, mənim fikrimcə, çox yaxşı alındı.

- Azərbaycan futbol ictimaiyyətinin sizi hazırda Premyer Liqamızın ən güclü sol cinah müdafiəçisi saydığından xəbəriniz var? Bəs siz özünüz mövqeyinizdə kimi güclü sayırsınız?
- Bunu eşitmək mənə çox xoşdur. Hər məşqdə, hər oyunda ən yaxşısını ortaya qoymağa çalışıram. Mənim üçün daha önəmli olan komandamın uğuruna töhfə verməkdir. Meydanda da yalnız baş məşqçi Qurban Qurbanovun tələb etdiyini göstərməyə çalışıram. Mənim seçimimə gəlincə, Azərbaycanda mövqeyimdə çıxış edən çoxlu yaxşı oyunçu var.

- "Qarabağ"ın əsas izləyicisi "Zirə" ilə xal fərqi 6-dır. Sizcə, bu komanda sizə ən layiqli rəqibdir?
- Əlbəttə. Fikrimcə, "Zirə" möhtəşəm mövsüm keçirir. Amma güclü rəqiblər sırasına "Qəbələ"ni, "İnter"i, "Neftçi"ni də əlavə edərdim.

- Təsəvvür edə bilərsiniz ki, siz çempionluğu elitada debüt edən komandaya uduzursunuz?
- Futbolda hər şey mümkündür. Amma bir halda ki, "Qarabağ"ın oyunçusuyam, komandamın uğur qazanması, çempion olması üçün əlimdən gələni edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.