24 fevral 2016 19:40
Ukrayna yığması Neftçi və U-17 millimizlə qarşılaşmaq üçün Bakıya gəldi
Ukraynanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Bakıya gəlib. Azerisport.az xəbər verir ki, Aleksandr Petrakovun çalışdırdığı bu komanda ölkəmizdə həm təlim-məşq toplanışı keçəcək, həm də bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
Belə ki, fevralın 28-də ukraynalılar "Neftçi"nin əvəzedici komandası ilə qarşılaşacaqlar. Martın 1 və 3-də isə Ukrayna yığmasını Azərbaycanın U-17 millisi ilə yoxlama görüşləri gözləyir.
Qeyd edək ki, Ukrayna yığması Bakıya 18 futbolçu ilə gəlib. Qonaq komandanın toplanışı martın 4-də başa çatacaq.
