24 fevral 2016 19:20

Azər Məmmədov: Hec bir rəqibdən qorxmuruq

“Ötən turun oyunundan sonra istirahət edib qarşıdakı görüşə hazırlaşmışıq. Bu gün sonuncu məşqimiz oldu. Yüngül formada 40 dəqiqə məşq etdik. Uşaqları həvəsləndirmək üçün bir qədər də topla əyləncəli hazırlıq keçdik”. Azerisport.az xəbər verir ki, bu sözləri klub saytına “Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədov söyləyib.

Gənc çalışdırıcı əvəzedici heyətlərin ölkə birinciliyində 23-cü turda qarşılaşacaqları “Sumqayıt” ilə oyun haqda danışıb: “Rəqib turnir cədvəlində ikinci yerdədir və yaxşı komandadır. Əsas heyətdən əvəzedicilərə futbolçular cəlb olunur. Düşünürəm ki, bizimlə oyunda da belə olacaq. Bizi çətin oyun gözləyir. Buna baxmayaraq hec bir rəqibdən qorxmuruq. Hər bir komandaya gücümüzü göstərməyə qadirik”.

Çempionatın qış fasiləsindən sonrakı hissəsində ilk üç turda “Kəpəz”in əvəzedici komandası heç-heçə edərək yalnız dördüncü oyunda qələbə qazandı. Azər Məmmədovun yetirmələri Bakı səfərində “İnter”ə 3:2 hesabı ilə qalib gəldilər:

“Paytaxtdakı qələbə komandada ruh yüksəkliyi yaradıb. Çünki əvvəlki üç oyunda ard-arda heç-heçələr etdik. Özü də hesabda öndə ola-ola oyunun son anlarında qol buraxıb qələbəni əldən vermişdik. Bu amil futbolçuların psixoloji durumuna təsir etmişdi. “İnter” üzərindəki qələbə bu mənada tam yerinə düşdü. Uşaqlarda özünəinam artdı. “Sumqayıt” ilə oyun öncəsi bu qələbə vacib idi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.