24 fevral 2016 19:00
İnter Qarabağla oyuna itki ilə çıxacaq
"İnter" Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, vacib qarşılaşma öncəsi "İnter"in heyətində ciddi itkilər var.
Beli ki, gürcü müdafiəçilər - Zurab Xizanişvili ilə Laşa Kasradze paytaxt klubuna kömək edə bilməyəcək. Onlar zədə səbəbindən məşqlərdə də iştirak edə bilmirlər.
Əvəzində Mirhüseyn Seyidov komanda ilə məşqlərə başlayıb. Böyük ehtimalla o, Ağdam klubu ilə görüşə hazır olacaq.
Rauf Əliyevə gəlincə, o, fərdi qaydada hazırlıq keçir.
