24 fevral 2016 18:00
Aleksey Antonov Aktobeni məhkəməyə verdi
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Antonov Qazaxıstanın "Aktobe" klubunu İdman Arbitraj Məhkəməsinə şikayət edib. Azerisport.az xəbər verir ki, bu barədə "Aktobe"nin baş direktoru Dmitri Vasilyev məlumat verib:
"Aleksey Antonova borcumuzun olduğuna dair bildiriş almışıq. Eyni zamanda sabiq futbolçumuz Sergey Kovalçuk da bizdən İdman Arbitraj Məhkəməsinə şikayət edib. Ukraynalı futbolçuya elə də böyük borcumuz yoxdur. Hələ necə olacağı bilinmir. Çünki sənədlər bizə bu həftə gəlib. Hazırda bunun bizim üçün nə dərəcədə təhlükəsinin olduğunu aydınlaşdırmalıyıq. İstisna deyil ki, başqa xoşagəlməz sürprizlər də olsun".
(vesti.kz)
Qeyd edək ki, Antonov "Aktobe"də 2014/15 mövsümündə oynayıb, ondan sonra isə "Qəbələ"yə keçib.
