24 fevral 2016 15:40

Juninyo: Kəpəz motivasiya baxımından problem yaşamır

"Kəpəz"in yarımmüdafiəçisi Juninyo Topaz Premyer Liqasının 22-ci turunda "İnter"ə 0:1 hesabıyla uduzduqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Paytaxt klubuna məğlubiyyətinizi necə şərh edə bilərsiniz?
- Biz yaxşı oynadıq. Qol vurmaq üçün də şanslarımız oldu. Sadəcə, onlardan yararlana bilmədik və uduzduq. Bu məğlubiyyətdən dərs çıxarmaq lazımdır. Bu oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq.

- Siz tez-tez oyunu öz üzərinizə götürürsünüz. Amma bu dəfə alınmadı...
- "İnter"in müdafiəçiləri bizə qarşı inamlı oynadılar. İstənilən halda bu görüş geridə qalıb. Artıq növbəti oyunu düşünməliyik.

- Bəlkə ev oyununda "Qarabağ"dan buraxdığınız kuryoz qolun mənfi təsiri hələ də qalır...
- Xeyr. Həmin məğlubiyyət bizə heç bir təsir göstərməmişdi. Ağdam klubu ilə görüş geridə qalmışdı. Düzdür, "Qarabağ"a da, "İnter"ə də uduzduq. Bu, bizim üçün çox pis nəticədir. Amma sərgilənən oyun baxımından problem yoxdur. Hər halda bu oyunları unudub, növbəti görüşlərdə uğur qazanmaq barədə düşünməliyik.

- Qarşıda "Sumqayıt"la oyun var...
- Asan olmayacaq. Bu matça çox ciddi hazırlaşmalıyıq. Qələbə qazanmaq istəyirik. Bunun üçün çox intizamlı və diqqətli oynamalıyıq.

- Sumqayıtlılar ardıcıl üç məğlubiyyətdən sonra son turda qalib gəlib. Sizə elə gəlmir ki, bu, onlar üçün müsbət məqamdır?
- Əlbəttə, indi onlarda motivasiya normal səviyyədədir. Amma biz də motivasiya baxımından problem yaşamırıq. Meydana yalnız qələbə üçün çıxacağıq.

- Gəncədəki stadionun qazonu ürəkaçan deyil. "Sumqayıt" isə süni örtüklü meydanda çıxış edir...
- Meydana çıxan hər iki komanda eyni şərtlər altında oynayacaq: həm biz, həm də rəqibimiz. Bunun kimin üçünsə üstünlük, digəri üçün problem hesab etmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.