24 fevral 2016 15:20
Media Komitəsinin İşçi Qrupu ilk iclasını keçirdi
Bu gün AFFA-nın inzibati binasında AFFA yanında Media Komitəsinin İşçi Qrupunun ilk iclası keçirilib. Azerisport.az xəbər verir ki, baş katib Elxan Məmmədov Media Komitəsinin yaradılması istiqamətində qısa müddət ərzində ciddi işlərin görüldüyünü vurğulayıb.
İşçi Qrupda vakant yerə AFFA idman jurnalisti Elmir Əliyevin namizədliyini irəli sürülüb. O, İşçi Qrupun üzvləri tərəfindən yekdilliklə qrupa üzv seçilib.
Müzakirələrdə komitənin fəaliyyətinin hüquqi bazasının hazırlanması, görüləcək işlərin konkret istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. (AFFA)
