24 fevral 2016 14:00
Ruslan Qurbanov: Zirənin qələbə seriyası bizi qorxutmur
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son turda "Qarabağ"a uduzduq. Çünki komanda oyunu sərgilədik. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Amma biz artıq həmin oyunu unudub, "Zirə" ilə görüşə hazırlaşmalıyıq. Bizə yaxşı nəticə, daha dəqiq desəm, qələbə lazımdır. Bu mövsüm hələ bu komandaya qalib gələ bilməmişik. Bu uğursuz gedişata son qoymalıyıq. Buna səfərdə nail olmağın çətin olacağını bilirik. "Zirə" qış fasiləsindən sonra bütün oyunlarda qələbə qazanıb. Amma onların qələbə seriyası bizi qorxutmur".
