24 fevral 2016 13:40

Bakı Olimpiya Stadionu 7-ci oldu

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatını qazana bilməyib. Azerisport.az xəbər verir ki, UEFA-nın rəsmi xəbər tərəfdaşı olan StadiumDB tərəfindən hazırlanan sorğuda 15 ölkədən 22 stadion 2015-ci ilin ən yaxşısı adını qazanmaq üçün mübarizə aparırdı.
 
Sorğu həm ictimaiyyət, həm də münsiflər arasında keçirilib. Avropa Oyunlarının açılış, bağlanış və yüngül atletika sessiyalarına, futbol üzrə milli komandanın oyunlarına ev sahibliyi  edən Bakı Olimpiya Stadionu dünya səviyyəli idman qurğuları sırasında yer alırdı. Sesvermə fevralın 19-da başa çatıb. Təəssüf ki, Bakı Olimpiya stadionu 5 ən yaxşı stadion sırasına düşə bilməyib. Sözügedən arena yeddinci yeri tutub. 28 141 bal toplayan arenaya jürilər tərəfindən də 5130 bal verilib. Jürilərin səsverməsində Olimpiya stadionu 8-ci yeri tutub.

Qeyd edək ki, jürilər ən yaxşı stadion kimi Fransanın Bordo şəhərindəki "Matmut Atlantik" arenasını seçiblər. 42 115 tamaşaçı tutumu olan arenanın inşasına 199,6 milyon dollar xərclənib. Azarkeşlər arasında aparılan sorğunun nəticəsinə görə isə, 1-ci yeri Meksikanın paytaxtı Mexikodakı "Estadio BBVA Bancomer" qazanıb. 53500 tamaşaçı tutumuna malik stadionun tikintisi 200 milyon dollara başa gəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.