24 fevral 2016 13:00

Sergey Matveyev millimiz üzərindəki qələbədən və Olimpiya stadionundan danışdı

Rusiyanın U-17 yığmasının baş məşqçisi Sergey Matveyev Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, Rusiya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında 5:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

"Bütövlükdə, bu matçda komandadan razı qaldım. Böyük hesablı qələbə sevindirir, müsbət emosiyalar bəxş edir. Amma Azərbaycana qarşı daha bir oyun keçirməliyik. Yenə keyfiyyətli oyun göstərməliyik. Rəqib yəqin ki, revanş almağa, ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Özü də bu matçın nəticəsi meydan sahibləri üçün bir qədər sərt alındı. Baxmayaraq ki, hesab 2:1 olarkən rəqib oyunçu səhvə yol verməsəydi, qarşılaşmanın nəticəsi fərqli də ola bilərdi. Çünki bərabər səviyyəli oyun gedirdi. İkinci oyunda heyətlə bağlı ciddi rotasiyaya əl atmayacağıq. Oynadığımız stadionun qazonunu da xüsusi qeyd etmək istərdim. Qazon ideal idi. Çox keyfiyyətli meydanda oynadıq. Arenanın özü də möhtəşəmdir. Hansı ki, burada U-17-lər arasında AÇ-2016-nın final oyunu keçiriləcək. Onu da əlavə etmək lazımdır ki, Azərbaycan bizimlə oyunlara qarşıdakı qitə birinciliyi öncəsi test gözüylə baxır. Əlbəttə, biz də may ayında buraya gəlmək istərdik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.