24 fevral 2016 12:45
Zirədə Neftçi ilə oyun öncəsi üç ciddi itki
"Zirə" Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, debütantın heyətində bu vacib görüş öncəsi ciddi itkilər var.
Belə ki, Elvin Məmmədov, Yovan Krneta və Dieqo Souza hazırda zədəlidir. Bu üzdən də onlar növbəti oyunun hazırlığında iştirak etmirlər. Böyük ehtimalla hər üç futbolçu "Neftçi" ilə matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Zirə" - "Neftçi" oyunu fevralın 27-də keçiriləcək.
