Lyuba Baranin: Qəbələ bu mövsüm çempion ola bilməyəcək
"Qəbələ"nin sabiq müdafiəçisi Lyuba Baranin bəyan edib ki, o, bəzi insanlara görə Azərbaycana qayıda bilməyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycana qayıtmağımla bağlı danışıqlar var idi. Amma bəzi menecerlər və mütəxəssislər orada mənim mənfi obrazımı yaratmağa çalışdılar. Bunun səbəbini heç özüm də bilmirəm. Keçmiş klubumla daim maraqlanıram. Çünki orada üç il keçirmişəm. Mənə elə gəlir ki, "Qəbələ" bu mövsüm də birinci ola bilməyəcək. "Qarabağ" çempion olacaq. "Qəbələ"dəki karyerama gəlincə, çalışdığım bütün mütəxəssisləri xatırlayıram. Ramiz Məmmədov mənə güvənirdi, Toni Adams məni kapitan etdi. Amma Fatih Kavlak gələndən sonra klubdan ayrıldım. O, mənə qarşı düzgün hərəkət etmədi. Kavlak özü də sonradan mənə qarşı düzgün addım atmadığını etiraf etdi. O vaxtlar komandada hansı legionerlərin oynadığını da yaxşı xatırlayıram. Sevindirici haldır ki, azarkeşlər də məni unutmayıblar".
