24 fevral 2016 11:45

Qurban Qurbanov: Çin klubunun Reynaldo ilə maraqlandığı doğrudur

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Neftçi" ilə prinsipial oyunda 150-ci qələbənizi qazandınız. Bunu bilirdiniz?
- Mətbuatdan oxudum. Qələbə nə qədər çox olsa, bir o qədər yaxşıdır. Deməli, uğur var. Daha böyük uğurlar qazanmaq istəyiriksə, bunu inkişaf etdirmək lazımdır.

- Sizin üçün bu cür statisik məqamlar nə qədər önəmlidir?
- Prinsipcə, xüsusi əhəmiyyət daşımır. Mənim üçün hansısa turniri qazanmaq daha böyük önəm kəsb edir. Hansı ki, bu uğura 3 qələbə ilə də nail olmaq olar, 5 qələbə ilə də. Ona görə də hansısa turniri qazanmaq statistik göstəriciləri yaxşılaşdırmaqdan daha önəmlidir.

- "İnter"lə oyunda 151-ci qələbənizi qazana biləcəksiniz?
- Bu, Premyer Liqadakı ən çətin rəqiblərimizdən biridir. Onların özünəməxsus oyun sxemləri var. Bu komandaya qarşı diqqətli oynamalıyıq. Bir səhv bizi qələbədən edə bilər. Son turda onlar bu ilk qələbələrini qazandılar. Tədricən optimal forma yığmağa başlayıblar. Çətin oyun olacaq.

- Riçard Almeydasız oynamaq çətin olmayacaq?
- Kim deyir ki, o, oynamayacaq? Son oyunda aldığı sarı vərəqə dördüncü yox, üçüncü idi. Heyətlə bağlı heç bir problemimiz yoxdur.

- Reynaldo nə vaxt qayıdır?
- Həftənin sonundan etibarən o, komanda ilə məşqlərə başlayacaq. Növbəti həftədən isə tam hazırlaşa biləcək. Sadəcə, tələsmək istəmirik. Qoy ağır zədədən sonra tam özünə gəlsin. Buna görə dəqiq nə vaxt oynayacağını deyə bilmirəm. Ola bilər ki, 2-3 turdan sonra onu meydana buraxaq.

- Bu düzdür ki, Reynaldonun zədəsi "Qarabağ"ı üç milyon manatdan məhrum edib? Guya Çin klublarından biri onu transfer etmək üçün məhz bu qədər təklif edirmiş...
- Çinlilər onunla maraqlanırdı. Amma onun fiziki durumu danışıqlar aparmağa imkan vermirdi.

- Qara Qarayev əvvəllər 100 faiz əsas heyət oyunçusu sayılırdısa, indi sadəcə, ikinci yarıda meydana çıxır. O, geriləyib, ya digər oyunçularınız artırıb?
- Qarayev komandamızın ən vacib oyunçularından biridir. Biz hər kəsin formada olmasına çalışırıq. Məsələn, Qarayevlə Əmirquliyev 45 dəqiqə olmaq şərtilə əvəzedici komandada da çıxış edib. Komandada güclü futbolçuların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki bu, heyətdə rotasiya aparmağa imkan yaradır. Odur ki, biz Qaranı əsas heyətdən uzaqlaşdırmamışıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.