24 fevral 2016 00:15
Raul Kostin: Neftçiyə keçmək şansım var idi
"Simurq"un sabiq yarımmüdafiəçisi Raul Kostin karyerasını "Neftçi"də davam etdirə bilərmiş. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qışda Buxarest "Rapid"inə keçdim. Baxmayaraq ki, başqa klublardan da bir neçə təklif var idi. Azərbaycanda da bir təklif almışdım. "Neftçi"yə keçmək şansım var idi. Danışıq aparsaq da, bu, müqavilə bağlamağa qədər davam etmədi. Amma "Neftçi"də oynamaq istərdim".
