24 fevral 2016 00:05
Qəbələ - Xəzər Lənkəran matçının vaxtı dəyişdirildi
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin 23-cü turunun "Qəbələ" - "Xəzər Lənkəran" oyununun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, sözügedən matç fevralın 25-də deyil, fevralın 27-də baş tutacaq.
Buna səbəb "Xəzər Lənkəran"ın əvəzedici heyətinin üzvlərinin həm də U-19 liqasında oynamasıdır. (PFL)
