23 fevral 2016 20:00
Millimizin baş məşqçisi: Hücum qura bilmirdik
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Siyasət Əsgərov Bakıda Macarıstana qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Komandamız ilk 15 dəqiqədə yaxşı oynadı. Amma sonra səhvlər buraxmağa başladıq. İlk qoldan sonra özümüzü itirdik. İkinci qoldan sonra isə komanda ümumiyyətlə, "söndü". Fasilədə komanda toparlansa da, üçüncü qolu da buraxdıq. Bütün qolları öz səhvlərimiz nəticəsində buraxdıq. Oyunçularımız hücum qura bilmirdilər". (СВС)
