23 fevral 2016 19:45
Millimiz Macarıstana böyük hesabla uduzdu
Bu gün Bayıl stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, macarıstanlı həmyaşıdları ilə qarşılaşan yığmamız məğlub olub – 0:3.
Fevralın 25-də, saat 11:00-da, Bayıl stadionunda bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.
