23 fevral 2016 18:40
Təbriz Həsənov: Uşaqlar rəqibə sürətdə uduzurdular
Azərbaycanın U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov Rusiyanın eyni yaş qrupundan olan komandaya qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:5 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Uşaqlar evdə oynayırdılar. Buna görə həyəcan var idi. Birinci hissədə komandamız topla pis oynamadı. Amma sonradan oyunumuz getmədi. Uşaqlar rəqibə sürətdə uduzdular".
