23 fevral 2016 18:20
Sergey Matveyev: Biz ələ düşən qol şanslarından daha yaxşı yararlandıq
Rusiyanın U-17 yığmasının baş məşqçisi Sergey Matveyev Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 5:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Bu komandalar ötən il də qarşılaşmışdılar və biz qalib gəlmişdik. Bu görüşün çətin keçəcəyini gözləyirdik. Eyni zamanda rəqib düşərgədə bir neçə lider oyunçununu bizə qarşı mübarizə aparmadığını da bilirdik. Bərabər oyun getdi. Amma mənə elə gəlir ki, komandamız öz şanslarından daha yaxşı yararlana bildi".
