Nelson Bonilya: Zirə debüt mövsümü üçün pis çıxış etmir
"Zirə"nin hücumçusu Nelson Bonilya komandasının Topaz Premyer Liqasındakı çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, ölkəsinin - Salvador mətbuatına açıqlamasında bunları söyləyib:
"İndi əsas odur ki, komandamız xallar qazanır və oyun baxımından artırmağa davam edir. Mənim vurduğum qollar isə ikinci dərəcəli məsələdir. Çünki həmin qollar məhz komandamızın gördüyü işin nəticəsidir. Azərbaycandakı çıxışıma gəlincə, "Zirə"yə keçməklə geriyə addım atdığımı düşünmürəm. Ehtiyatda qalmaq üçün heç vaxt ölkəmi tərk etməzdim. Bu, mənim üçün ciddi dəvət idi və bu, xoşuma gəldi. Klubumuz Premyer Liqaya çıxandan sonra bir sıra qərarlar qəbul etdi. Hazırda zəhmətimizin nəticəsini görürük. Hesab edirəm ki, elitadakı debüt mövsümümüzdə heç də pis çıxış etmirik". (El Grafico)
