Millimiz Rusiyaya böyük hesabla uduzdu
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakı Olimpiya Stadionunda yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Rusiyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.
Qarşılaşmanı Rəhim Həsənov, Namiq Hüseynov, Kamran Bayramov və Nail Nağıyevdən ibarət hakimlər briqadası idarə edib. Oyun futbolçularımızın 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Hesabı 28-ci dəqiqədə penaltidən fərqlənən Maqomed Süleymanov açıb - 0:1. 36-cı dəqiqədə Aleksandr Rudenko ilk yarının yekun nəticəsini müəyyənləşdirib - 0:2. Fasilədən sonra - 51-ci dəqiqədə Fərid Nəbiyev penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb - 1:2. Amma Vyaçeslav Qrulev (67), İvan İqnatyev (79) Stanislav Latçevin (90+2) qolları millimizin böyük hesablı məğlubiyyətini rəsmiləşdirib.
