23 fevral 2016 17:20
Elit Kubokunu Qəbələ qazandı
“Bakcell U-14 Elit Kuboku” turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, bir il əvvəl olduğu kimi, turnirin final oyununda “Qəbələ” ilə “İnter” üz-üzə gəlib.
Həlledici matça qədər keçirdiyi bütün oyunlarda qalib gələn “qırmızı-qaralar” bu dəfə də rəqibindən güclü olub. Bayıl stadionundakı oyuna 3:1 hesabı ilə qalib gələn bölgə təmsilçisi ardıcıl ikinci dəfə kubokun sahibi olub.
Xatırladaq ki, yarışa A qrupunda başlayan “Qəbələ” Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0, “Sumqayıt”ı 2:0, 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi”ni 3:2 hesabı ilə məğlub edib.
