23 fevral 2016 17:00
Zirənin prezidenti: Neftçiyə uduzmamışıq, davamını gətirmək istəyirik
"Zirə"nin prezidenti Vüqar Astanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Asan oyun olmayacaq. Amma qələbəyə ümid edirik. "Neftçi" qış fasiləsindən sonra yaxşı forma yığıb. Bizə çətin olacaq. Bu mövsüm onlara uduzmamışıq. Bu tempdə də davam etmək istəyirik".
