23 fevral 2016 15:00
Xəzər Lənkəran Qəbələ ilə oyun öncəsi tam heyətlə hazırlaşır
“Xəzər Lənkəran” bir günlük istirahətdən sonra Topaz Premyer Liqasının 23-cü turunun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, qış fasiləsindən sonra keçirdiyi son iki qarşılaşmada məğlub olan komanda bu dəfə çətin Qəbələ səfərinə yollanacaq.
Fevral ayının 26-na qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək “Xəzər Lənkəran” həmin gün səfərə çıxacaq və bir gün sonra Qəbələdə eyni adlı komanda ilə üz-üzə gələcək. Komandada zədəli və cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirən əsas məqamdır. (klub saytı)
