23 fevral 2016 14:30
Rəvanın futbolçularına maaş verildi
"Rəvan"ın futbolçuları yanvar ayının maaşını alıb. Azerisport.az xəbər verir ki, futbolçulara 200-300 manat aralığında pul verilib.
Klub rəhbərliyi futbolçulara olan borcun qalan hissəsinin də tədricən ödəniləcəyini bildirib. Hansı ki, 2015-ci ilin oktyabr, noyabr və dekabr aylarının da maaşı hələ tam ödənilməyib. Baxmayaraq ki, qeyri-rəsmi məlumatlara görə, "Rəvan" rəhbərliyi ötən ildən qalma borcları ödəməyə hazırlaşmır.
