Birinci divizion klublarının da cəzası açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Göyəzən” - “Turan Tovuz” matçının 90+3-cü dəqiqəsində “Göyəzən”in futbolçusu Elxan Alışanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Mil-Muğan” - “Şərurspor” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
"Şahdağ” - “Qaradağ-Lökbatan” matçının 83-cü dəqiqəsində “Qaradağ-Lökbatan”ın futbolçusu Vüsal İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Ağsu” - MOİK matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 58-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Elmixan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Şəmkir” - “Zaqatala” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
