23 fevral 2016 13:00
Neftçinin baş məşqçisinə bir oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qarabağ” - “Neftçi” matçında “Neftçi”nin baş məşqçisi Tofiq Mustafayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
"Rəvan” - “Qəbələ” matçında “Rəvan”ın 4, “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.
