23 fevral 2016 12:30
Millimiz Macarıstana qarşı
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları Bayıl stadionunda yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Səbayel Qurbanova, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edəcək.
"CBC Sport" televiziya kanalında canlı yayımlanacaq oyun saat 18:00-da başlayacaq.
