23 fevral 2016 11:15
U-17 bu gün rusiyalı həmyaşıdları ilə qarşılaşacaq
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakı Olimpiya Stadionunda yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız Rusiyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq.
Qarşılaşmanı Rəhim Həsənov, Namiq Hüseynov, Kamran Bayramov və Nail Nağıyevdən ibarət hakimlər briqadası idarə edəcək. CBC Sport televiziya kanalında canlı yayımlanacaq oyun saat 16:00-da başlayacaq.
