23 fevral 2016 11:45
Neftçi Zirə ilə oyuna tam heyətlə hazıraşa bilmir
"Neftçi" Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində qarşılaşacağı "Zirə" ilə oyunun hazırlığına start verib. Azerisport.az xəbər verir ki, Əsgər Abdullayevin çalışdırdığı komandada cəzalı yoxdur.
Amma heyətdə bir neçə zədəli futbolçu var. Belə ki, Məhəmməd Qurbanov hələ də sağalmayıb. Məqsəd İsayev isə fərdi qaydada məşq edir.
"Qarabağ"la son turun oyununda meydana çıxmayan Cavid İmamverdiyevin bu matçı buraxmasının da səbəbi müəyyənləşib. Belə ki, oyundan bir gün öncə onda kəskin diş ağrısı yaranıb. Bu üzdən də o, Azərbaycan derbisində komandasına kömək edə bilməyib. Bu həftə onun məşqlərə başlaması gözlənilir.
