23 fevral 2016 00:25
Nəzirov: Neftçi ilə oyunda bizi ancaq qələbə qane edəcək
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Lənkəran səfərimiz çətin oldu. Hətta gözlədiyimizdən də ağır matç keçdi. Amma zəhmətimiz hədər getmədi. Üç xal qazanmağı planlaşdırmışdıq, buna da nail olduq. Qarşıdakı "Neftçi" ilə oyunumuz daha da çətin olacaq. Yenə də qalib gəlib, üç xal qazanmaq istəyirik. Bizi ancaq qələbə qane edəcək. Birinci yer uğrunda mübarizəmizi davam etdirmək istəyirik".
