23 fevral 2016 00:05
Kəpəz məşqləri bərpa etdi
“İnter” ilə Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən oyundan sonra istirahətə buraxılan “Kəpəz”in üzvləri məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, iki gün dincələn futbolçular “Sumqayıt” ilə həftəsonu keçiriləcək təqvim oyununun hazırlıqlarına ötən gün başlayıblar.
“Sarı-göylər”in ilk məşqi dəniz kənarında baş tutub. Bu gündən başlayaraq isə komanda fevralın 25-nə kimi “Dalğa Arena”da məşq edəcək.
Fevralın 26-da Gəncəyə gələcək “dağlılar” oyun öncəsi son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaqlar. (klub saytı)
