22 fevral 2016 19:20
Qarabağ Riçard Almeydanı itirdi
"Qarabağ" aparıcı yarımmüdafiəçisi Riçard Almeydanı itirib. Azerisport.az xəbər verir ki, o, Premyer Liqanın 22-ci turunda "Neftçi" ilə oyunda aldığı növbəti sarı vərəqə səbəbindən cəzalı duruma düşüb.
Bu üzdən də braziliyalı futbolçu növbəti turda "İnter"lə qarşılaşmada meydanda olmayacaq. Sözügedən oyun fevralın 27-də keçiriləcək.
