22 fevral 2016 17:40
Fikrət Hüseynov: Maaşların gecikməsi zəif oynamağımızın səbəbi deyil
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Əsas heyətin iki futbolçusu "Sumqayıt"a qarşı oynamırdı. Buna baxmayaraq, komandadan belə zəif oyun gözləmirdim. Görünür, rəqib daha yaxşı hazırlaşmışdı. Amma qorxulu heç nə baş verməyib. Futbolda məğlubiyyətlər də olur. Növbəti tura qədər toparlanıb, daha yaxşı oyun sərgiləməliyik. Düşünmürəm ki, komandamızın belə zəif oynamasına səbəb maaşların gecikməsidir. Xüsusi gecikmə yoxdur. Yaxın günlərdə futbolçular həm dekabr, həm də yanvar ayının maaşını alacaqlar".
