22 fevral 2016 17:20

Mərkəzi arenanın direktoru: AÇ-2016-nın oyunlarına ev sahibliyi etməyəcəyik

Tofiq Bəhramov adına Respublika stadionunun yeni direktoru Şamil Quliyevin azerisport.az saytına müsahibəsi

- Mərkəzi arenanın direktoru təyin olunana qədər nə işlə məşğul olurdunuz?
- İş təcrübəm böyükdür. Amma əsas dövlət strukturlarında çalışmışam.

- İdman keçmişiniz var?
- Peşəkar idmanla heç vaxt məşğul olmamışam. Amma idman həyatımda həmişə olub. Müxtəlif illədə voleybolla, stolüstü tennislə, şahmatla məşğul olmuşam. İndi də formada qalmaq üçün müxtəlif fikizi çalışmalarla məşğul oluram.

- Stadion rəhbəri kimi hansı planlarınız var?
- Qısamüddətli plan stadionda bəzi yenidənqurma işləri aparmaqdır. Bizim "Qarabağ"la müqaviləmiz var. Klubla birgə arenanın ot örtüyünü yeniləmək barədə hazırlıq işləri görürük. Uzunmüddətli planlarımıza gəlincə, biz 2017-ci ildə keçiriləcək İslam Oyunlarına hazırlaşırıq.

- Digər klubların da ev oyunlarını burada keçirmək kimi istəyi olub?
- Belə təkliflər olub, yenə də var. Unutmayın ki, Tofiq Bəhramov stadionu ölkənin mərkəzi arenasıdır.  Təbii ki, əksər klublar burada oynamaq istəyir. Amma dediyim kimi, biz hazırda qazonu yaxşılaşdırmaq üçün iş görürük.

- Bəs arenanın boşluğu nədən qaynaqlanır?
- Kim dedi ki, boşdur? Bu gün də stadionda gənc idmançılar öz məşqlərini edirlər. Heç bir boşluq yoxdur. Sadəcə, bir qədər gözləmək lazımdır. Təmir işləri başa çatandan sonra burada keçiriləcək tədbirlərin sayı çoxalacaq, oynamaq istəyən klublar müəyyənləşəcək.

- 17 yaşadək yığma komandalar arasındakı Avropa çempionu Azərbaycanda keçiriləcək. Həmin oyunlara da ev sahibliyi edə bilməyəcəksiniz?
- Təəssüf ki, bu turnirin keçirilməsi burada aparılacaq təmir işləri ilə üst-üstə düşəcək. Bu üzdən də həmin oyunları stadionumuzda təşkil edə bilməyəcəyik.

- Azərbaycanda hansı kluba azarkeşlik edirsiniz?
- Mən təmiz və yaxşı futbola azarkeşlik edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.