22 fevral 2016 16:45
XL birinci divizionda çıxış edə bilər
"Xəzər Lənkəran" birinci diviziona göndərilə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb klubun keçmiş futbolçularına olan borclarını ödəyə bilməməsidir.
Belə ki, FİFA-ya edilən şikayətlərlə əlaqədar, dünya futbol qurumu "Xəzər Lənkəran"la bağlı araşdırma aparır. FİFA cənub klubuna mart ayının sonuna kimi vaxt da verib. Klub həmin borcları bu müddət ərzində ödəməsə, ciddi sanksiyalarla üzləşəcək. Cənubluların ya xalları silinəcək, ya da aşağı liqaya göndəriləcəklər.
