22 fevral 2016 16:15
Azərbaycan futbol ailəsinin 90000-ci üzvü
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 90 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 90000-ci üzvü “Coca-Cola Məktəbli Kuboku” turnirində çıxış edən Hacıqabul rayon 7 saylı orta məktəbin 6-cı sinif şagirdi Səbuhi Məhəbbət oğlu Abuzərovdur. (AFFA)
