22 fevral 2016 15:00
İnter cəriməni ödədi və UEFA-nın qərarını gözləyir
"İnter" keçmiş futbolçularına olan borc səbəbindən UEFA tərəfindən təyin olunan 53 min avroluq cəriməni ödəyib. Azerisport.az xəbər verir ki, bu cərimə ilə yanaşı, paytaxt klubu keçmiş oyunçularına olan borcları da bağlayıb.
Mart ayının əvvəlində UEFA-nın müvafiq qurumları bu məsələyə də baxacaq. Hazırda "İnter" qitə futbol qurumunun çıxaracağı qərarı gözləyir.
UEFA klubun bütün öhdəlikləri yerinə yetirdiyinə qərar versə, "İnter"ə heç bir cəza verilməyəcək. Əks halda bakılılar növbəti üç avrokubok mövsümündən (2016/17, 2017/18 и 2018/19) birini buraxmalı olacaq. Təbii ki, avrokuboklara vəsiqə qazanacağı halda.
