22 fevral 2016 13:30
Birinci divizionda 15-ci turun bir oyununun vaxtı dəyişdirildi
Futbol üzrə Azərbaycan birinci divizionunun 15-ci turunun oyun cədvəlində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, canlı yayımla əlaqədar olaraq, MOİK – “Bakı” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 25 fevralda deyil, bundan bir gün öncə reallaşacaq. (PFL)
