22 fevral 2016 12:15
"Hərbi xidməti başa vurub, Qarabağa qayıdacağam"
Azərbaycanın U-19 yığmasının qapıçısı Ağaseyid Qasımov bəyan edib ki, hərbi xidmətdən sonra yenidən "Qarabağ"a qayıtmağı hədəfləyib. Azerisport.az xəbər verir ki, o, "İnter"in yetirməsi olsa da, hazırda hərbi xidmətlə əlaqədar MOİK-də çıxış edir.
Gənc qolkiper saytımıza açıqlamasında bunları söyləyib: "MOİK-in əsas heyətinin qapıçısıyam. Hərbi xidmətimi oktyabr ayında başa vuracağam. Ondan sonra "Qarabağ"a qayıtmaq istəyirəm. Düzünü deyim ki, müqaviləmin nə vaxta qədər olduğunu xatırlamıram. MOİK-ə keçəndə Qurban Qurbanov mənimlə maraqlanırdı. Məni heyətə qaytarmaq istəsə də, alınmadı. "Qarabağ"ın qışda Şahruddin Məhəmmədəliyevi heyətə qatmasından xəbərim var. Amma mən də kluba qayıdıb, özümü sübut etmək istəyirəm".
