Sergey Zenyov: Bəlkə də bu, çempionatda zəif rəqibin olmamasından irəli gəlir
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiniz?
- Ağır oyun alındı. Amma hər şeydən önəmli olan qələbə qazanmağımızdır. Əsas odur ki, üç xalı biz götürdük.
- Komandanız autsayderlərlə oyunlarda niyə çətinliklə üzləşir?
- Bilmirəm (gülür). Demək çətindir. Bəlkə də bu, çempionatda zəif rəqibin olmamasından irəli gəlir.
- Ayağınız necədir? İki dəfə ayağınızdan zərbə aldınız...
- Çox ağrıyır. Baxaq, görək həkimlər nə deyəcək.
- Son dövrlər sizə çox zərbə endirirlər. Bu, nədən irəli gəlir?
- (gülür) Bəli, vururlar. Amma bunun nə ilə bağlı olduğunu bilmirəm.
- Hazırda "Qəbələ"nin heyətində ən yaxşı futbolçu kimi sizi fərqləndirmək olar?
- Çalışıram, işləyirəm. Ümid edirəm ki, gələcəkdə hər şey daha yaxşı olacaq. Hər şeydən önəmli olan komandamızın uğur qazanmasıdır.
- Ardıcıl üç qələbə "Qəbələ"də hər şeyin qaydasında olduğunu deməyə əsas verir?
- Əlbəttə, qələbələr vəziyyətin yaxşıya doğru dəyişməsinin göstəricisidir. Ümid edirəm ki, bu tempdə də davam edəcəyik. "Qəbələ"yə ancaq qələbə qazanmaq lazımdır ki, öz hədəfinə çata bilsin.
- Aleksey Antonov sıradan çıxandan bəri qələbə qazanırsınız. Bu, təsadüfdür?
- (gülür) Əminəm ki, bu, sadəcə, təsadüfdür.
